“Cəbhədə Kamilin yeri görünür” – Tolikbackend

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) həbs edilən idmançı Kamil Zeynallı barədə danışıb.

Sosial şəbəkə hesabında Kamillə cəbhədən görüntüsünü paylaşan Tolik onun yerinin göründüyünü qeyd edib: “Kamilin yeri görünür. Bayaqdan “İnstagram”da baxıram hamının əlinə hay düşüb, klip çəkdirən kim, şeir deyən kim, əsgər geyimində fotosessiya etdirən kim. Bir sözlə, gic-gic mahnılara, kliplərə verdiyinizi əsgərlərimizə, ordumuza verərdiniz. Allah xalqımızı, əsgərlərimizi duzsuz manıs tayfasına möhtac eləməsin”.