Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundubackend
General-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə müvafiq əmri Milli Məclisin sədri Sahibə Qafarova imzalayıb.
Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra  “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabrda Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.