Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldıbackend

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.

“Yeni Gündəm” “armeniasputnik”ə istinadən xəbər verir ki, hərbçinin qalıqları Cəbrayıl ərazisində aşkarlanıb. Onun kimliyi hələ ki, müəyyənləşdirilməyib. Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 251-ə yüksəlib.

Hazırda axtarış işləri Füzuli və Qubadlı istiqamətlərində davam etdirilir.