“Cəhalət ölkədə geniş səviyyədə yayılır” – Fazil Mustafabackend

“Ölkədə ən ciddi problemlərdən biri din üzərindən ölkəyə yayılan casusluq məsələsidir. Bizim bəzi qurumlarımızın məsuliyyətsizliyi üzündən böyük təhlükə yaranıb. Azərbaycan dövlətinə nə şimaldan, nə cənubdan zorakılıq göstərmək gücünə sahibdirlər. Amma Azərbaycanda 5-ci kolon kifayət qədər güclüdür”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, onlar ölkəni gözdən salmağa çalışırlar: “Bunun üçün dinlə bağlı qanunvericiliyi sərtləşdirməliyik. Cəhalət ölkədə geniş səviyyədə yayılır. Bu da təhsillə bağlıdır. Müvafiq dövlət qurumunun səlahiyyətləri artırılmalıdır.

İkinci məsələ, qadın ölümləri ilə, məişət zorakılığı ilə bağlı məsələyə yenidən baxılmalıdır. Bununla bağlı qanunvericilikdə dəyişikliklər etməliyik.

Bundan əlavə, Azərbaycanda rəqabət mühiti tamamilə yoxa çıxıb. Hamı vergi ödəyicisidir, ancaq hamı da narazıdır. Ona görə sahibkarları toplayıb onların probleminin həllinə baxmalıyıq. Ona görə də Rəqabət Məcəlləsinə yenidən baxmalıyıq” .