“Çəkilişlərə belə maska ilə qatılıram” – Məleykə Əsədovabackend
Xalq artisti Məleykə Əsədova izləyicilərinə maskasız gəzməməyi məsləhət görüb.
“Yeni Gündəm” axşam.az-a istinadən bildirir ki, aktrisa çəkilişlərdə belə maskadan istifadə etdiyini vurğulayıb:
“Həmişə maska ilə gəzirəm. Çəkilişlərə belə maska ilə gedirəm. Özümü çalışdığım qədər virusdan qoruyuram. Bununla bərabər yaxınlarımı da qoruyuram. Dünyanı bürüyən bu virusa qarşı biganə yanaşmayaq. Özümüzü, yaxınlarımızı, bir sözlə mühütümüzü qoruyaq. Bir birlikdə olsaq, tezliklə bu xəstəlikdən qurtularıq və normal yaşayımıza davam edərik”.