Cəlilabad rayonu acınacaqlı durumda – Narazılıqbackend

Cəlilabad rayonunda baş verən məmur özbaşnalıqları və rüşvətxorluq faktları ölkə mətbuatında gündəm olmaqda davam edir.Həbs olunan eks icra başçısı Namiq Zeynalovdan sonra yeni təyin olunmuş icra başçısı Rafiq Cəlilov da rayondaki sosial problemləri, ictimai narazlıqları həll etmək gücündə olmadığı üzə çıxır. Başçı bu vaxta kimi hələ heç bir rayon vətəndaşını qəbul edib onun problemlərini dinləməyib.
İctimai fəal Anar Məlikov özünün Facebook hesabında bu narazlıqlar və problemlər haqqında yazıb.

Bakuform.com saytı olaraq sözügedən postu olduğu kimi sizə təqdim edirik:

“Cəlilabada 1 aydır başçı gəlib, hələ rayonda hansısa bir tikili təmiri, yol asfaltlanması, hansısa rüşvətxorun işdən uzaqlaşdırılmasına rast gəlinməyib. Köhnə hamam, köhnə tas. Başçıya biri çatdırsın ki, icra hakimiyyətində və başqa idarələrdə işləyənlərin 90 faizi oğru və rüşvətxordurlar. Müharibə vaxtı xalqa çatacaq yardımları mənimsəyib, özünə mənfəət güdənlər yenədə vəzifələrindədirlər.
Uşaq bağçalarına gələn ərzaqları dədə malı kimi bölüşüdürüb, satanlar yenədə vəzifədədirlər. 3-5 yaşlı uşağa hər gün vərmişel yedizdirib, onlara çatacaq toyuq və ət məhsullarını satanlar oturublar yuxarı başda. Uşaq bağçalarına işə düzəlmək istəyən müəllimlərdən 2000-3000 manat rüşvət alıb, saat verənlər vəzifələrində rahat əyləşiblər.
Kənd icra nümayəndələri, kənd bələdiyyələri kəndlərin yollarını düzəltmək və kəndlərin infrastrukturunu inkişaf etdirmək əvəzinə, min hoqqadan çıxıb, maxinasiyalarla pul qazanırlar, dövlət büdcəsini talayırlar. JEK adlanan idarədən 1 ildir yaşadığım binanın qarşısına zibil qabı gətizdirə bilmirəm. Hərəsi atır bir-birinin üstünə.
Amma 70 azn-ə təklif edən olsa dərhal satarlar. Yeni gələn icra başçısı bunları görmürsə, dəvət etsin, bir-bir faktlarla qoyum qarşısına. Kim, harda hansı hoqqa çıxarır göstərim. Hər idarə müdürü ətrafında 3 manatlıq “zurnalist” gəzdirir, trolluqla məşquldurlar.

P. S. Rafq Cəlilov cənabları, hər gün 10 dəqiqə internetə göz gəzdirin, görün tabeçiliyinizdə olan “məmurlar” nə hoqqalardan çıxırlar.”