Cəlilabadda ağır yol qəzası olub, ölən və yaralanan varbackend

Cəlilabadda ağır yol qəzası baş verib.

Yol-nəqliyyat hadisəsi rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

“MAZ” markalı avtomobillə çörək daşıyan “Qazel” markalı avtomobil toqquşub.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətlər alıb.

Hazırda onların kimliyi və hadisənin səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./APA