CƏLİLABADIN İCRA BAŞÇISI ÇOXİLLİK AĞACLARI KƏSDİRİB – FOTObackend

Cəlilabadda mağazaların birinin qarşısındakı ağacları kəsiblər.

“Yeni Gundem” xəbər verir ki, bu haqda sosial mediada Aqil Mehdi Tağıyev informasiya paylaşıb. Mağazanın önündə səkini söküblər, ağacları kəsiblər. Rayon icra başçısı Rafiq Cəlilov isə bununla bağlı heç bir tədbir görməyib.
Qeyd edək ki, son vaxtlar mətbuatda Cəlilabadın icra başçısının özünü təriflətmək üçün müəyyən addımlar atması haqda məlumatlar yayılıb. Belə ki, yerli əhalinin guya qayğısına qalmaq məqsədi ilə kəndlərdən birində dükana daxil olub borc dəftərini bağladıb. Mediada yazılır ki, R.Cəlilov ucqar kəndlərin birinə gedib, dükanda borc dəftərində olan 2000 manatı sildirib və bu yolla nüfuz, rəğbət qazanmaq istəyib.


Tribunainfo.az