Cem Yılmazın gözlənilən komediyası “CinemaPlus”dabackend

“28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler” komediyasının premyerası baş tutub.

“Yeni Gundem” xəbər verir ki,bir bilet alan tamaşaçılar iki film izləyəcəklər. Ekran işinin birinci seriyası – “Kaçamak” filmi, tətilə çıxan 4 dostun başlarına gələn əyləncəli hadisələrdən bəhs edir. İkinci filmdə isə hadisələr bir gəmidə baş verir. “2 arada” adlanan ekran işi Ayzek adlı şəxsin həyatından bəhs edir.
Ayzek rolunu Cem Yılmaz ifa edir. Həmçinin, ekran əsərinin rejissorluğu da ona məxsusdur. Filmlərdə baş rolları Zafer Algöz, Özkan Uğur canlandırıb.
Tədbirin sponsorları: “Cinema Distribution” və “Şeh Su”.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.