Cəmil Quliyevin səhhətində problem yarandıbackend

Tanınmış kinorejissor, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyevin səhhətində problem yaranıb. Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.

Cəmil Quliyev gözlərində problem olduğunubildirib:

“Bir neçə gündür özümü narahat hiss edirdim. Gözlərim xəstədir, uzun zamandır müalicə alıram. Hər il bir neçə dəfə müayinə olunuram. Bu dəfə də problemlər olduğu üzə çıxdı. İnşəallah, müalicədən sonra yaxşı olaram. Danışa bilmirəm”.