Çempionlar Liqasının təxmini təqvimi açıqlandıbackend

UEFA Avropanın aparıcı klublarının rəhbərləri ilə qeyri-rəsmi videokonfrans keçirib.

“Yeni Gündəm” xəbər verir ki, tədbirdə koronavirus pandemiyası səbəbindən yarımçıq qalan avrokubok mövsümünün taleyi müzakirə olunub.

Yarışın avqustda bərpa olunmasını istəyən qurum oyunlar üçün təxmini təqvim tərtib edib.

Çempionlar Liqası

1/8 final – 7/8 avqust
1/4 final – 11/12 və 14/15 avqust
1/2 final – 18/19 və 21/22 avqust
Final – 29 avqust (İstanbul, Türkiyə)

Avropa Liqası

1/8 final – 2-3 və 6 avqust
1/4 final – 10 və 13 avqust
1/2 final – 17 və 20 avqust
Final – 26 və ya 27 avqust (Qdansk, Polşa)