“Cənab Prezident media və diplomatiya sahəsindəki hücum taktikası ilə bağlı bizə yol göstərmişdi…”backend
TürkMedia.az-ın suallarını Türk Şurasının və TÜRK PA-nın keçmiş Baş katibi, millət vəkili Ramil Həsən cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Ramil bəy, bizə millət vəkili seçilənədək gördüyünüz işlər və siyasi fəaliyyətiniz barədə məlumat verə bilərsinizmi?

-1995-ci ildən, 17 yaşımdan siyasi fəaliyyətdəyəm. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmuşam. Millət vəkili seçilənə qədər siyasi fəaliyyətimə gəldikdə isə həm dövlət strukturları, həm qeyri-hökumət təşkilatları, həm siyasi partiyalar, həm də diplomatik fəaliyyət olub. Bunların hər biri ilə bağlı sizlərə qısa məlumat verim.
1999-cu ildə YAP-da siyasi şuranın üzvü olmuşam. İlk dəfə 21 yaşında Azərbaycanda keçirilən bələdiyyə seçkilərində də bələdiyyə üzvü seçilmişəm. Sədr müavini olmuşam. O dövrdə də biz 2 qardaş dövlətin gənclərinin birlik və bərabərliyə xidmət göstərə biləcək təşkilat qurduq, türkiyəli qardaşlar ilə bərabər. Azərbaycan-Türkiyə gənclərinin dostluq cəmiyyəti. O dövrdə belə imkanlar yox idi. İnternet təzə-təzə istifadə olunur, mobil telefonlar yeni çıxırdı. Amma biz 1999-cu ildə qurduğumuz cəmiyyətlə çox gözəl, aktiv fəaliyyət göstərdik. Hesab edirəm ki, təşkilatın o dönəmə olan fəaliyyəti bu gün ki nəslin 2 qardaş dövlət arasındakı münasibətlərə müsbət töhvə verəcək hissələrdən biridir.
Diasporla iş üzrə Dövlət komitəsi qurulduğu gündən orada işləmişəm. Bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri və idarə rəisi səviyyəsində. 2005-2010-cu illər arasında YAP-ın gənclər birliyinin sədri olmuşam. 2008-ci il Prezident seçkilərində də cənab Prezident İlham Əliyevin seçki təbliğatındakı 25 vəkilindən biri olaraq etimat göstərilib, mənə.
-Həmcinin Diplomatiya sahəsində çalışmısız, Türk Şurasının və TÜRK PA-nın keçmiş Baş katibi fövqəladə və səlahiyyətli səfir olmusunuz. Diplomatik fəaliyyətiniz barədə biraz danışaq.
–2009-cu ildən isə diplomatik xidmətə keçmişəm. Müvafiq qanunvericiliyimizə uyğun olaraq, diplomatik fəaliyyətə keçərək, Türkdilli dövlətlərin Parlament assambleyasının baş katibi seçildim. O dövrdə də YAP-ın gənclər birliyinin sədri kursundan könüllü surətdə, qanunvericiliyə uyğun olaraq getdim. Həmçinin Diasporla iş üzrə Dövlət komitəsindəki işimdən də ayrıldım. Çünki bunları diplomatik xidmət tələb edir. Mən qanunlara riayət edən şəxs kimi bu addımları atdım. Düşünürəm ki, 4 illik fəaliyyətimiz dövründə də yaxşı, doğru işlədik. Bu fəaliyyət nəticəsində də ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və təqdimatı ilə mənim namizədliyim təqdim olundu Türk Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibinə. Mən 2014-cü il Bodrumda keçirilən zirvədə, dövlət başçıları sammitində cənab Prezident İlham Əliyevin təqdimatı, Qazaxıstan, Qırxızıstan və Türkiyə prezidentlərinin yaratdığı dəstəyi ilə Türk Şurasının Baş katibi təyin olundum. 2018-ci ilə qədər də Təşkilatın baş katibi kimi, dövlət başçılarının xüsusi nümayəndəsi kimi fəaliyyətimi davam etdirdim. 2014-cü ilin sentyabr ayında cənab Prezident mənə fövqəladə və səlahiyyətli birinci dərəcəli elçi, ali diplomatik rütbəsi verdi. Bu mənim üçün böyük şərəfdir. 2017-ci ildə beynəlxalq arenadakı diplomatik uğurlu fəaliyyətimə görə, məşhur Crans Montana Forumu tərəfindən Gızıl Şərəf Medalına layiq görülmüşəm. 2017-ci ildən 2019-cu ilə qədər beynəlxaql mərkəzi ofisi Cenevredə yerləşən beynəlxalq SİGA Sport Integrate Global Alliance təşkilatın vitse-prezidenti kimi fəaliyyət göstərmişəm.

-Maraqlıdır niyə diplomatiyadan ali qanunverici orqana keçid etmək fikrinə düşdünüz?

-Burada bir neçə nüansı qeyd etmək lazımdır. Birincisi, mən YAP-dan seçilmişəm. Mənim namizədliyi partiya tərəfindən və Partiya rəhbəri, ölkə prezidentimiz cənab İlham Əliyev tərəfindən irəli sürüldüyü üçün – mən həmişə hesab etmişəm ki, biz dövlətə və millətə xidmət edən əsgərlərik. Bizim harada xidmət göstərməyimizdən savayı nə dərəcə də faydalı olmağımızla bağlı, necə fikir formalaşıb? – Bu çox önəmlidir. Bunu məmnuniyyətlə qeyd etmək istərdim ki, onillik diplomatik xidmət, xarici ölkələrdə olan fəaliyyətdən sonra YAP sədri, cənab prezident tərəfindən belə bir etimad göstərilibsə, mənim borcum o etimadı yerinə yetirmək idi. YAP öz namizədlərini müxtəlif bölgələrdən irəli sürür. Bu da çox doğru taktikadır. Niyə? – Çünki biz Azərbaycançılıq, yəni ki, hər kəsin bir arada birləşməsi, regionlara bölünmədən, ölkəmizin milli-mənəvi maraqlarını müdafiə edərkən “sən haralı, o buralıdır” kimi misallardan qaçınmaq üçün düşünülmüş və çox doğru bir siyasi addım idi. O adamın orada olması şərt deyil. O adamın ölkəsinə, millətinə faydasıdır. Bu həm də böyük şansdır ki, ölkə başçısı tərəfindən mənim namizədliyim irəli sürülüb. Eyni zamanda, seçicilər tərəfindən Ucarda mənə göstərilən etimaddır ki, mən o rayondan olmaya-olmaya məsh azərbaycançılıq məhfumu ilə yanaşaraq səs verdilər. Mən çalışıram ki, etimadı doğrultmaq üçün üzərimə düşün bütün addımları atıram.

 

– 91 saylı Ucar seçki dairəsini təmsil edirsiz. Ucarda əsas problemlər nədir?

-Ucarın problemlərini mən dəfələrlə qaldırmışam. Buna davam edirəm. Ucarın 31 ərazi vahidliyindən 30-da qaz problemi yoxdur. Bir kənddə qaz yoxdur. Hansı ki, onun üzərində də iş gedir. Susuzluq problemi var. Əhalinin həm içməli suya təlabatında həm də əkin-biçin üçün su təlabatında ciddi problemlər var. Problemi həll etmək üçün hökumətin müvafiq qurumları ilə danışıqlar aparırıq. Əməkdaşlıq edirik. Bunun obyektiv və subyektiv səbəbləri var. Artezian quyularının qazılması məsələsini qaldırmışam. Baş nazirə dəfələrlə müraciət etmişəm ki, alternativ su mənbələri işlənilib hazırlanmalıdır. İsrail və ərəb ölkələrində çirkli sularda normal suların hazırlanması və ya dəniz suyu təcrübəsi mövcuddur. Bununla bağlı da təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişəm. Ümid edək ki, bununla bağlı müəyyən addımlar atılacaq. Narazılıqla müəyyən qədər əlillik dərəcələrinin alınması ilə bağlı olur. Bəziləri sosial narazılıqlardır. Hökumət qanun çərçivəsində şərait yaradır. Yetər ki, yaradılan şərait doğru bir şəkildə vətəndaşlara çatdırılsın. Prezidentin də qeyd etdiyi kimi, vətəndaşların dərdinə diqqətlə yanaşılsın. Mən məmur olmasam da, millət vəkili olsam da üzərimə düşən, qanun çərçivəsində vətəndaşların haqq səslərini sürətli formada dövlət qurumlarına çatdırılması və nəticələrin hasil olunması ilə bağlı addımlar atmağa çalışıram. Müəyyən irəliləyişlər də edirik. Gənclərin asudə vaxtları ilə bağlı çıxışlar etmişəm. Ucarda bi olimpiya mərkəzi belə yoxdur. Ucar gəncləri futbol oynamaq üçün qonşu Göyçay və ya Ağdaş rayonuna gedir. Bu heç də xoş hal deyil. Ucar rayon gənclər evi, Ucar rayon İH-i ilə birlikdə çalışırıq ki, bu məsələni həll edək. Heç olmasa stadion və idman qurğularının istifadəyə verilməsi kimi təkliflər etmişəm və üzərində dayanmışam. Ucar rayonu düzəngah ərazidir və ipək yolunun üzərində yerləşir. Bakı-Tbilisi-Qars dəmir yolu belə Ucardan keçir. Nəqliyyat vasitələri də Ucardan keçir. Ucarda su problemi olduğu üçün (Sovet dönəmində Ucarla bağlı araşdırma aparmışam)dövlət müəssisələri Ucarda yerləşirdi. Bir növ mərkəzləşdirilmiş baza rolunu oynayıb. Oradan da digər rayonlara göndərişlər həyata keçirilib. Bu da işsizliyin qarşısını xeyli alıb. Ucar pambıq rayonudur. Pambıq, barama və düyü. Bununla bağlı rayonda müəyyən addımlar atılıb. Amma bu yetərli deyil. Ölkənin müxtəlif qurumlarına təklif etmişəm ki, Ucar rayonunda Respublika əhəmiyyətli müəssisələrin tikilməsi respublika və Ucar əhalisi üçün əhəmiyyətli olar. Yeni iş yerlərinin yaranması, gənclərin rayonu tərk etməsi axınının qarşısının alınması baxımından vacibdir. Ucar tam ortada yerləşir. Bu çox sərfəli olar. Daşınma, nəqliyyat cəhətdən heç bir problem yoxdur. Tikiləcək müəssisə üçün torpağı düəzltməyə ehtiyyac yoxdur. Çünki düzıngah olduğu üçün orada çox rahat şəkildə respublika müəssisələri tikilə bilər. Təkliflər vermişəm. Daim nəzarətimdə saxlayıram. Ümüd edək ki, müsbət nəticələr olacaq.

– Koronavirus pandemiyası demək olar ki, sonlanır. Ölkəmizdəki mövcud durumu və görülən tədbirləri necə qiymətləndirirsiz?

-Bizdə də təbliğat gedir. Bu təbliğat yetərlidir ya yox, onu deyə bilmərəm. Təbliğatda millət vəkilləri də aktiv şəkildə iştirak edir. Son dövrlərdə xəstəlik sayının azalması insanlarda rahatlıq yaradıb. Mütəxəssislər onu deyirlər ki, yeni bir dalğa gözlənilə bilər. İnsanlarımız mütləq öz.lərini qorumalıdırlar. Bu məsələdə könüllü biri kimi TV-lərdə, mətbuatda gücüm yetən qədər iştirak etmişəm və buna davam edirəm. Özüm də peyvənd olunmuşam, Sinovac vaksini ilə. Məqsəd bilsələr 3-cünü də edərik. Bu təhlükəli bir bəladır.

 

-Amma Avropa Sinovac peyvəndini tanımır…

-Mən deməzdim tanımır. Hələ təsdiqlənməyib. Yəqin ki, təsdiq edəcəklər. Əgər Avropa Birliyi hazırda sərhədləri açaraq turistləri qəbul etməyə başlayıb. Nəzərə alınmalıdır ki, avropaya səyahətə gedən turistlərin əksəriyyəıti çinlilərdir. Onlara da 99 faiz Sinovac vakksini vurulur. İnanmıram ki, avropa büdcəsinə milyardlar gətirən Çin turistlərini kənarda saxlasın. Bu vaksini qəbul edəcəklər. Əgər 3 doz vurdurlub və bunlardan biri belə avropanın təsdiq etdiyi vaksinlərdəndirsə o da qəbul olunur. Artıq idman zallarından tutmuş toylara qədər, alış-veriş mərlkəzlərinə qədər açıqlıq mövcududdur. Biz özümüz qaydalara əməl etməsək başqalarından bunu tələb edə bilmərik.

-44 günlük müharibəsində ən aktiv insanlardan biri idiniz. Həmin şanlı tariximizi birdə sizin dilinizdən yenidən xatırlayaq,

– Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin. Qazilərimizə Allah ömür versin. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında biz çox insanların mümkün deyil dediyi bir şeyi başardıq. Müzəffər Azərbaycan əsgəri Vətən torpağını düşmən tapdağından azad elədi. Bu bizim mənəvi borcumuz idi. Xüsusi qəhrəmanlıq etməmişik. Arxa cəbhədə gecə-gündüz demədən, vətən oğulları orada canların fəda edirlərsə bizdə burada gücümüz çatan qədər prosesə dəstək verməliydik. Türkiyə və avropa mediası ilə birbaşa bağlantılar, onların suallarına cavablar, haqq səsimizin dünyaya çatdırılması üçün çalışdıq. Nə ediriksə ölkəmiz üçün edirik.

 

-Bən həmin dönəmlər də çətinliklərlə qarrşılaşdınızmı?

-Qərəzli yanaşma və ikili standartlar təəssüf ki, bizdən yan keçmədi. Bunu cənab Prezidentin müsahibələrində açıq-aydın görmüsünüz. Onun kiçik formaları olaraq biz də sezdik. Cənab Prezident media sahəsində hücum taktikası və diplomatiya sahəsindəki hücum taktikası ilə bağlı bizə yol göstərmişdi və biz də o prosesdən faydalanaraq ölkəmizin maraqlarını doğru, düzgün formada təbliğ etmək üçün üzərimizə düşən addımları atmağa çalışdıq. Qərəzli yanaşma və ikili standartların bundan sonrada şahidi olcağıq. Biz bunu minimalizə etmək üçün ciddi addımlar atırıq. İnsanları qanunlar çərçivəsində fakt qarşısında qoymaq özü bir uğurdur.

-Tək dost-qardaş Türkiyə ilə yox, həm də NATO-nun ən vacib ikinci ordusuna malik olan bir ölkə ilə Şuşa bıyannaməsi imzaladıq. Sizcə Şuşa bəyannaməsinin imzalanması kimlərə hansı mesajı verir?

-Cənab Prezident bunu çox gözəl xarakterizə etdi ki, bu əjdadlarımızın mirasına sadiklik, gələcək nəsillərə də yol göstərməkdir. Cənab Ərdoğanın və cənab Əliyevin belə tarixi bəyannamənin Şuşada imzalanması və bu tarixin Qars bəyannaməsinin imzalanamasının 100-cü ildönümünə təsadüf etməsi bir birinə bağlı olan nüanslardır. Tarix boyu Azərbaycan və Türkiyə qardaş kimi bir birnin yanında olubsa bundan sonra da belə olacaq. Bu qardaşlığımızın mükəmməl örnəyidir. Bu gündə proseslər uğurla davam edir. Bu əməkdaşlığın Vətən müharibəsində də şahidi olduq. Bu gün də müttəfiklik bəyannaməsi ilə taclandırılması bizim üçün böyük bir fəxrdir. Bu bəyannamənin qanuni yapısını, zəmn formalaşdırmaq lazımdır. Yaxın zamanda müxtəlif qərarlarında imzalanması nəzərdə tutulur. Bunun altyapısını formalaşdırmaq üçün müxtəlif yeni qərarlar qəbul olunacaq. Bəyannamənin bizə iqtisadi, siyasi, hərbi potensialımız cəhətdən uğurlu olmaqla yanaşı, eyni zaman da “düşmənə göz dağı, dosta isə sevinc” bəxş elədi. Azərbaycanı təkləməyə çalışan, bölgədə öz siyasi, hərbi maraqlarını həyata keçirmək üçün Azərbaycana təzyiq etməyə çalışan bir çox güclərə və qüvvələrə mükəmməl bir mesaj oldu.

 

-İndi keçək Türk dünyasına Özbəkistan Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) daxil olmağı qərara alıb. Bu qerarı necə qiymətləndirirsiz,

-Orada müxtəlif obyektiv və subyektiv səbəblər var idi. birincisi qeyd edim ki, Özbəkistan dövlətinin başçısı cənab Şevkət Mirzəyev 2018-ci ildə sentyabr ayında, mənim son Türk Şurasının Baş Katibi kimi dövlət başçıları şurasının zirvəsində işitrak etdi. Özbəkistan dövlətinin uzun illərdən sonra ilk dəfə idi ki, dövlət başçısı səviyyəsində dövlət başçıları şurasına, zirvəyə qatıla bildi. Bu onun təməli idi ki, yaxın gələcəkdə Özbəkistan Türk Şurasına tam hüquqlu üzv olacaqdı. 2019-cu ildə də Bakıda keçirilmiş Türk Şurasının zirvəsində Özbəkistan dövləti rəsmən Şəvkət Mirzəyevin imzası ilə Türk Şurasına tam hüquqlu üzv oldu. Proses isə 2018-dən başlayıb. Mən həmin prosesin bir hissəsinin həyata keçirilməsində iştirak etmişəm. Fəxrlə qeyd edə bilərəm ki, Özbəkistan dövləti Türk Şurasının tam hüquqlu üzvlərindən biridir. Bu tarixi hadisəsinin canlı şahidi olduq. Türk Şurasının növbəti zirvə görüşü İstanbulda keçiriləcək. Türkmənistan prezidenti də bu zirvədə iştirak edəcək. Bunun təsdiqini verib. Bu dəfə ilk olaraq bütün Türk dövlətlərini bu zirvədə görəcəyik. İnanıram və arzu edirəm ki, bu proses baş tutsun.

-Ramil bəy bəs Türkmənistanla əlaqələr niyə ləngiyir? Siz Türk Şurasının və TÜRK PA-nın Baş katibi olduğunuz zamanlarda əlaqələr hansı səviyyədə idi?

-Mən o vaxtı Türkmənistanla əlaqələrin qurulmasına cəhdlər etmişəm. Bəzi görüşlərim də alınıb. Türkmənistan Prezidenti ilə 2 dəfə görüşmüşəm. Həm prezidentin həm də Türkmənistan XİN-in dediyi fikirlər bundan ibarətdir ki, biz bitərəf ölkəyik. Biz onlara təklif etmişik ki, tamhüquqlu üzv olmasanız belə Siz Macarıstan kimi müşahidə statusu ala bilərsiz. Bu istiqamətə doğru addımlar atılır. Bu addımların da müsbət nəticəsi olacaq. Biz zirvədə onların yüksək səviyyədə iştirakının şahidi olacağıq. Türkmənistan ən azından ya müşahidəçi ya da tam üzv kimi qoşulacaq.

-Müsahibə üçün Təşəkkür edərm Ramil bəy

-Təşəkkür edirəm. Mən də sizlərə minnətdaram. TürkMedia.az-a təşəkkür edirəm. Zəhməti keçən hər kəsə təşəkkür edirəm. Komandanıza müvəffəqiyyətlər diləyirəm. Ümüd edirəm ki, çıxdığınız bu yolda böyük uğurlar əldə edəcəksiniz.