Cənab Prezident və yenilməz xalqın haqlı fəxri- 20 il üç əsrə bərabərbackend

Əbu Turxan haqlı olaraq yazır ki, yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. Tarix yerində qalmır. Hər gün , hər saat hətta hər dəyqə belə vəziyyəti dəyişir. Uca Yaradan vətənimizi elə məkanda qərarlaşdırıb ki, üç yanımız hegomon güclərin məskənidir. Bəlkə də geridə qoyduğumuz keçmişdə başımıza gələn faciələrin əsl səbəbi də bu olub. Lakin düzənini itirən dünya da hər zaman ədalət tapdalanıb, güclülər zəifləri əzib. Ədaləti bərpa etmək də böyük iradə tələb edir. Bizi bu gün irəli addımlayan da güclü iradəmizdir. Son 300 ildə tarixi torpaqlarmızı itirmişdik. Ancaq Uca Allah bizə faciələr nəsib edirdi. Yenilməz Azərbaycan xalqı sözün əsl mənasında məyus idi. Əlbəttə Qarabağ itkisi hamımızın kədərli yeri idi. Ancaq ondan əvvəl baş verənləri unutmaq da sadəlövhlükdür. Dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandan qovulan bacı-qardaşlarımızın ah-naləsi də bizi sarsıtmışdı. Sovetin işğal etdiyi məmləkət 70 il milli ideologiyasını itirdi. Müasir adla desək müstəmləkə şəraitində yaşadı. Sovetlər Birliyi dağılandan sonra da çox gec qərar verdik. Postsovet ölkələri müstəqilliyini elan etmişdi. Ancaq Azərbaycan bunu da vaxtında etmədi. Nəinki, MDB məkanında, Cənub Qafqazda da ən gec müstəqilliyini bərpa edən Azərbaycan olub. İqtidarı devirərək zorla hakimiyyətə gəlmiş AXCP-Müsavat cütlüyüdə uğursuz oldu. Kəlbəcəri, Şuşanı düşmənə sataraq Qarabağın işğalına göz yumdular. Bir sözlə 30 illik həsrətin əsasını qoydular.

Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, “olum ya ölüm” dövrü kimi qaldı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan “Azərbaycan Xalq Cəbhəsi rejimi” məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi.

1993-cü ilin iyununda — Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi qaçıb aradan çıxırdılar. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına sırışt olmuşdu. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, tarixi düşmənlərimizin qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında — Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı…

Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı — dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman — 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı xalqımızın qurtuluşudur. Azərbaycan yeni uğurlu günlərə qədəm qoydu. “Əsrin müqaviləsi” nin imzalanması ilə iqtisadi müstəqilliyik yolunda ilk addım atmış olduq.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edir. Məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.

Bütövlükdə, milli maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.

Cənab Prezident İlham Əliyevin prezidentliyi dövrü Azərbaycan Respublikasının həm də böyük yüksəliş dövrüdür. Son iyirmi ildə ölkəmiz sayı ölçülmüyəcək qədər böyük uğurlara imza atıb. Cənab Prezident İlham Heydər oğlu Əliyevin siyasi məqsədi Qarabağı doğma xalqına qaytarmaq idi. Müzəffər Ali Baş Komandan qaçqın və məcburi köçkünlərlə hər bir görüşündə bunu vurğulayırdı. Əlbəttə bunun üçün böyük güc lazım idi. Daha dəqiq desək Dəmir Yumruq lazım idi. Vətənpərvərlik ruhunda yetişən qəhramanoğullar Qarabağı azad etdi. Cənab Prezident bunu dəfələrlə bildirib ki, əsas missiyanı mənim prezidentliyim dövründə yetişən gənclər yerinə yetirib. 44 günə düşməni əzib məhv edən Şanlı Azərbaycan Ordusu Şuşada zəfər bayrağını dalğalandırdı. Düşmən ağ bayraq qaldırdı. Dəmir yumruq əməliyyatından keçən son üç il ərzindədə qələbələrimiz davam edir. 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan İlham Əliyev üçrəngli Azərbaycan bayrağını ucaltdı. Bu tarixi hadisə ilə Qarabağ əməliyyatı bitdi. Xan kəndinə qayıtdı. Həmin gün həm də Cənab Prezidentin ilk dəfə prezident seçildiyi gün idi. Ölkə başçısı Xankəndində bayrağımızı ucaltmaqla, oradan Azərbaycan xalqına müraciət etməklə Azərbaycan xalqına hesabat vermiş oldu. Bu həm də xalqa, Ümummilli Liderə verdiyi sözlərin yerinə yetirilməsi anı idi. Bu gün biz Qarabağdayıq, Şərqi Zəngəzurdayıq. Bundan böyük xoşbəxtlik nə ola bilər?. Zəfərin üçüncü ilində Xankəndidə Zəfər paradı keçiriləcək. Çox qürurluyuq. Haqlı olaraq fəxr edirik. Təşəkkürlər Müzəffər Ali Baş Komandan, Cənab Prezident, təşəkkürlər Şanlı Azərbaycan Ordusu, təşəkkürlər yenilməz Azərbaycan xalqı.

Fərahim Rəhimzadə

BDU-nun üçüncü kurs tələbəsi