Cənnətdəki doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günüdürbackend

Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Elvin İmaməliyevdir. Bu gün onun doğum günüdür!

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Azərbaycan Silahlı Qüvvələrinin Alı Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı əks-hücum əməliyyatlarının başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə gedən qəhrəman oğullardan biri də Ağstafa rayonunun Qırılı kənd sakini Elvin İmaməliyev oldu.

İmaməliyev Elvin Elsevər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qırılı kəndi S.Əliyev adına orta məktəbdə bitirdikdən sonra Azərbaycan Dillər Universitetində (ADU) xarici dil müəllimliyi(fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən Ağstafa rayonunun Qırılı кənd tam orta məкtəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məкtəbə direкtor təyin edilib. Elvin Ağstafanın ən gənc direktoru kimi adını tarixlərə yazdırmışdı. Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi.

Vətən Müharibəsi”-nin ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılaraq ön cəbhədə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Qələbəmizə 1 gün qalmış noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub. Canından vətənə can verən, qanı ilə vətən torpağını suvaran cəsur yeganə məktəb direktoru olmuş Elvin İmaməliyev Ağstafa rayonu Qırılı kənd qəbirisanlığında dəfn edilib. Şəhidlərimiz başımızın tacıdır. Biz onları unutmayacağıq! Unutmağa haqqımız da yoxdur! Biz onlarla fəxr edirik! Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Amin!”

Vəfatından sonra Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, İmaməliyev Elvin Elsevər oğlu “Vətən Uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Evli idi,2 oğul övladı yadigar qalıb

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Ələddin Kəsəmənli
“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü,
Mediaxeberleri.Az İnformasiya Portalının Baş redaktoru