Cənubi Kiprdə tarixi türk məscidinə çirkin hücum – Ersin Tatar yunan vandalizminə sərt reaksiya verdibackend

Cənubi Kiprin yunan hissəsində (GKRY) məscidlərə edilən hücumlara yenisi əlavə edilib. 

“Yeni Gündəm” xəbər verir ki, Kipr rum administrasiyasının Larnaka şəhərində yerləşən Larnaka Böyük camisinə hücum edilib və yandırılmağa cəhde dilib. Hücum nəticəsində məscidin girişinə ziyan dəyib.

Quzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) Prezidenti Ersin Tatar məscidə edilən çirkin hücuma sərt reaksiya verib.

“Kıbrıs rum tərəfi ilə Kipr məsələsi ilə bağlı dialoq çağırışlarımız davam edərkən, Larnakada caminin yandırılması cəhdini şiddətlə qınayıram. Kipr rum administrasiyasının intensiv silahlanması və Şərqi Aralıq dənizində gərginliyi artırmağa yönəlmiş fəaliyyət və təxribatlarının davam etdiyi bir vaxtda məscidlərimizə hücumların artması təsadüfi ola bilməz”,-deyə o bildirib.

Prezident Tatar bəyanatını belə davam etdirib:

“2020-ci ilin iyun ayında Limasoldakı Köprülü Hacı İbrahim Ağa məscidinin yandırılmağa cəhd göstərilib. 27-29 aprel 2021-ci il tarixlərində Cenevrədə keçirilən qeyri-rəsmi 5+BMT iclasından əvvəl Cənubi Kiprdəki məscidlərimizə, dini və müqəddəs yerlərimizə hücum edilib. Yunan qiyamının 200-cü ildönümündə Limassolun Yalova kəndindəki məscidin divarlarına İslam əleyhinə və irqçi-faşist şüarlar yazılıb. Lakin bu hücumları törədənlərin hələ də tapılmaması diqqət çəkir.

Xatırladaq ki, 1963-1974-cü illərdə yüzlərlə məscidimiz hücuma məruz qalıb, dağıdılıbsa, əvvəlki hücumlar və dünən gecə Larnaka Böyük camini yandırmaq cəhdi yunan zehniyyətinin dəyişmədiyini bir daha ortaya qoyur. Cənubi Kiprdə tarixi, dini və mədəni varlıqlarımıza qarşı hücumlar davam edərkən, rum administrasiyasına və rəhbərliyinə müraciətim; bu kimi irqçi və faşist hücumlarını təşkil etməmək və dəstəkləməmək, dini və müqəddəs yerlərimizə hörmət etmək, hücumların qarşısını almaq və günahkarları tez bir zamanda həbs etməkdir. Bu, bizim ümidimiz və gözləntimizdir”.