“Reuters”in verdiyi məlumata görə, ölkə prezidenti Yoon Suk-yeol bildirib ki, Cənubi Koreya Ukraynaya dəstəyini genişləndirə və ölkənin mülki əhalisinə genişmiqyaslı hücum həyata keçirilərsə, humanitar və iqtisadi yardım çərçivəsindən kənara çıxa bilər.
“Yeni Gundem” xəbər verir ki, ölkə prezidenti bu barədə belə deyib:
“Əgər beynəlxalq ictimaiyyətin haqq qazandıra bilməyəcəyi bir vəziyyət yaranarsa, məsələn, mülki şəxslərə qarşı hər hansı genişmiqyaslı hücum, kütləvi qırğınlar və ya müharibə qanunlarının ciddi şəkildə pozulması, bizim üçün yalnız humanitar və ya maliyyə dəstəyi ilə dayanmaq çətinləşə bilər”, – deyə ölkə prezidenti bildirib. .
Reuters yazır ki, Seul ilk dəfədir ki, Ukraynaya silah tədarük etməyə hazır olduğunu bildirir, halbuki, təxminən bir il əvvəl ölümcül yardımın mümkünlüyünü istisna edir.
“İnanıram ki, qeyri-qanuni işğala məruz qalan bir ölkənin müdafiəsi və bərpasına dəstək üçün həm beynəlxalq, həm də daxili hüquq baxımından heç bir məhdudiyyət olmayacaq”.
Bununla belə, müharibədə iştirak edən tərəflərlə münasibətləri və döyüş meydanında baş verənləri nəzərə alaraq, ən uyğun tədbirləri görəcəyik”, – Cənubi Koreya prezidenti bildirib.
Fərahim Rəhimov