Cənubi Koreyada baş verən yanğında itkilərin sayı açıqlandıbackend

Cənubi Koreyanın Seuldan 20 kilometr cənubda yerləşən Qvaçeon şəhərində sürətli yolda baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb, 37 nəfər yaralanıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yanğın yerli vaxtla saat 13:49-da qərb liman şəhəri İnçon ilə Seonqnam şəhərini birləşdirən tuneldə baş verib.
İlkin məlumata görə, yanğın avtobusla yük maşınının toqquşmasından sonra başlayıb. Alov tuneldən sürətlə yayılaraq böyük alov və tüstü buludlarına səbəb olub.

Hadisə yerinə gələn xilasedicilər avtomobillərdə qəza iştirakçısı da daxil olmaqla 5 nəfərin meyitini aşkar ediblər. Zərərçəkənlərin əksəriyyəti tüstüdən zəhərlənib, onların vəziyyəti normal qiymətləndirilir, lakin üç nəfər yanıq xəsarətləri də daxil olmaqla, ağır bədən xəsarətləri alıb.

Cənubi Koreya prezidenti Yoon Seok-yeol hökumətə əlavə itkilərin olmamasını və xilas edilənlərə tam tibbi yardım göstərilməsini təmin etmək üçün qəza yerini hərtərəfli araşdırmağı tapşırıb. Dövlət başçısı dəymiş ziyanı diqqətlə öyrənməyə və belə halların qarşısının alınması üçün tədbirlər görməyə çağırıb. Fövqəladə hadisə yerinə ümumilikdə 94 yanğınsöndürən maşın, 219 yanğınsöndürmə briqadası və helikopter göndərilib, yerli vaxtla saat 16.12-də yanğın tamamilə söndürülüb.

Ayşən