Balistik raket sınaqları ilə ABŞ və Cənubi Koreya ilə gərginliyi artıran Şimali Koreya daha bir raket atıb.
“Yeni Gundem” xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının açıqladığı bəyanatda raketin uçuş məsafəsi ilə bağlı detallara yer verilməyib.
Bildirilir ki, buraxılış ABŞ Cənubi Koreya ilə illik təlimləri çərçivəsində Koreya yarımadasına uzaqmənzilli B1-B bombardmançıları göndərdikdən qısa müddət sonra baş verib.
Mənbə:TGRT
Aynur Camal