Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün atılan addımlarbackend

Bildiyimiz kimi oktaybrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdə olub.

Eyni zamanda bu görüşdə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan da iştirak edib.

Görüşdə Cənab Prezident İlham Əliyev öz nitqində regional məsələlərə toxunub. Bu məsələ iki il bundan əvvəl imzalanmış, üçtərəfli Bəyannaməyə əsasən çoxillik münaqişəyə son qoyulduğunu vurğulayıb.

İndi artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşması istiqamətində danışmaq və hərəkət etmək yetişib. Təbiki, Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşmasının əsası olmalıdır. Biz bu məsələ ilə bağlı 5 prinsip irəli sürmüşük. Əlbəttəki, bunlar Beynəlxalq hüququn fundamental prinsipləridir. Və mənim fikrimcə bu əsasda bütün məsələləri normallaşdırmağa nail olmaq mümkündür. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O iki il bundan əvvəl başlanan İkinci Vətən müharibəsində döyüş meydanında həll edilib. Ona görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə çox ciddi addımlar tələb edən formatdır.

Azərbaycan beynəlxalq hüququn bütün normalarına sadiqdir. Təsadüfü deyilki, 27 il ərzində bu münaqişə sülh yolu ilə həll olunmalı idi. Lakin Ermənistan rəhbərliyi heç bir təşəbbüs göstərmədi.

Münaqişə çərçivəsində bütün məsələlər güc tətbiq edilmədən BMT Nizamnaməsinin və 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinə uyğun olaraq, tərəflərin bir-birinin süverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması əsasında həyata keçirilməlidir. Əgər Cənubi Qafqazda bu iki ölkə arasında davamlı və uzun müddətli sülhə nail olmaq məqsədilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanılmalıdır. Bəlkə o zaman Cənubi Qafqazda siyasi-sabitlik hökm sürər. Təbiki, bu proseslər Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməlidir. Və iki ölkənin həm prezidentlərinin həm də dini liderlərinin işlək dialoqu nəticəsində bu məsələ həll oluna bilər.

Bakı Slavyan Universiteti

Abbasova Pərvanə