Cənubi Sudanda xidmət edən Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olundubackend

Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub.

Bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib.

Bildirilib ki, Azərbaycan sülhməramlısı mayor İlkin Xəlilov – BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının medalı ilə təltif olunub.