Çex Respublikasında benzinin qiyməti artırbackend

Son bir ayda Çex Respublikasında benzinin qiyməti artmaqdadır. Bununla belə, son iki həftə ərzində ölkədə dizel yanacağının qiyməti bir qədər ucuzlaşıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə 2005-ci ildən bu ölkənin yanacaqdoldurma məntəqələrində avtomobil yanacağının qiyməti ilə bağlı gündəlik statistika aparan yerli CCS şirkətinin məlumatında deyilir.

“Respublikanın yanacaqdoldurma məntəqələrində bir litr benzinin qiyməti son bir həftədə əhəmiyyətli dərəcədə – orta hesabla 0,91 kron artaraq 46,21 krona (təxminən 2,1 dollar) çatıb. Eyni zamanda, dizel yanacağının qiyməti 0,16 kron azalaraq hər litr üçün 46,19 kron təşkil edib”, – şirkətin məlumatında bildirilir.

Report