Çexiyada Çexoslovakiyanın əsasının qoyulmasının 100 illiyi qeyd olunacaqbackend

Çexiya dövlət mədəniyyət müəssisələrinin əksəriyyəti bu il Çexoslovakiyanın əsasının qoyulmasının 100 illiyinə həsr edilən tədbirlər keçirilməsini və layihələr reallaşdırılmasını planlaşdırır.

“Yenigundem” AZƏRTAC a istinadən xəbər verir ki, Çexiya Respublikası hökuməti bu məqsədlə 322 milyon kron (13,3 milyon avro) ayıracaq. Belə ki, proqramlar ölkənin digər tarixi hadisələrinə də həsr ediləcək.

Bayramlara hazırlıqla bağlı xərclərin hələ təxminən 90 milyon kronu 2017-ci ildə sərf edilib. Daha çox maliyyə vəsaiti ölkənin Mədəniyyət Nazirliyinə yönəldiləcək. Birgə Çexiya-Slovakiya sərgisi bu mühüm yubiley tədbirinin əsas layihəsi olacaq.