Ceyhun Bayramov Avstriya Azərbaycan Ticarət Palatası nümayəndələri ilə görüşdübackend

Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya-Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyini Mətbuat xidmətindən bildirilib.

Nazir görüşdə münaqişədən sonra regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, qeyd olunan ərazilərdə yeni texnologiyaların tətbiqi ilə “yaşıl enerji zonasının” yaradilması, “ağıllı şəhər” və “ağıllı kənd” layihləri barədə məlumat verdi.

Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakı mümkünlüyü qeyd olundu və bu xüsusda konkret təkliflərin irəli sürülməsi məsləhət görüldü.