Ceyhun Bayramov: “Azərbaycan regional platformaları dəstəkləyib və təşviq edib”backend

Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan davamlı olaraq ortaq baxışa və qarşılıqlı hörmətə əsaslanan regional platformaları dəstəkləyib və təşviq edib.

“Yeni Gündəm” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Türkiyə və Özbəkistan xarici işlər nazirləri ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünə ev sahibliyi edib.

Nazir əlavə edib ki, regional əməkdaşlığın effektiv modeli kimi bu cür formatların ortaya çıxması cəsarətvericidir:

“Azərbaycan, Özbəkistan və Türkiyə üçtərəfli əməkdaşlığı ortaq tarixə, ortaq mədəniyyətə əsaslanır. Bu, ölkələr arasındakı güclü üçtərəfli bağları və strateji əlaqələri dayanıqlı edir”.