Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdibackend

Xarici işlər naziri Ceyhun Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib.

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Yaşasın müstəqil, firavan, güclü Azərbaycan və Azərbaycan xalqı! Bayramınız Mübarək!” , – nazir qeyd edib.