Ceyhun Bayramov Çavuşoğlu ilə regional əməkdaşlığı müzakirə edibbackend

11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən verilən məlumata görə, xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.