Ceyhun Bayramov Moskvaya getdibackend

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən “Yeni Gündəm”-ə verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.