Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü – Fotolarbackend

Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq olimpiadanın qalibləri ilə görüşüb.

“Yeni Gündem” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb.

Onun sözlərinə görə, nazir 16-cı Beynəlxalq Jautikov Olimpiadasının qalibləri ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan məktəbliləri Qazaxıstanın Almatı şəhərində keçirilən olimpiadadan 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə, 8 medal əldə ediblər.