Ceyhun Bayramov onu işdən çıxartdı – FOTObackend

Goranboy rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov vəzifəsindən azad edilib

“Yeni Gündəm”  xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, S.Məmmədov Goranboyun sabiq icra başçısı Nizaməddin Quliyevin dövründən həmin postu tuturdu.