Ceyhun Bayramov Pakistana getdibackend

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana rəsmi səfərə yola düşüb.

“Yeni Gündəm” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb.

Səfər çərçivəsində Azərbaycan-Pakistan-Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək.