Ceyhun Bayramov: “Rusiya ilə münasibətlər yüksək səviyyədədir”backend

Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir, əlaqələr strateji tərəfdaşlığa əsaslanır.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyidir.

XİN rəhbəri qeyd edib ki, bu gün rusiyalı həmkarı ilə keçirilən görüşdə ikitərəfli əlaqələr, iqtisadi sahədə əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

O əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollara çatıb.