Ceyhun Bayramov Türkiyəyə yola düşdübackend

8 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə yola düşüb.

Bu barədə “Yeni Gündəm”-ə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Ceyhun Bayramov Türkiyə Respublikasının 13-cü Səfirlər konfransında çıxış etmək məqsədilə Ankara şəhərinə gedib.