Ceyhun Bayramov Vardanyan və sülhməramlılar haqqında danışdıbackend

Xarici İşlər Nazirliyində ilin yekunların dair mətbuat konfransı keçirilib.

“Yeni Gundem” xəbər verir ki, XİN-nin rəhbəri Ceyhun Bayramov konfrans zamanı bir neçə məsələyə aydınlıq gətirib.

Ceyhun Bayramov bildirib ki,Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmiz müstəqil, praqmatik siyasətini uğurla davam etdirib.

Nazir 2022-ci ildə Azərbaycanın qonşu və Mərkəzi Asiya ölkələri ilə münasibətlərindən danışıb:

“Azərbaycan ilk növbədə qonşu, həmsərhəd ölkələrlə əlaqələrin inkişafına önəm verir: “2021-ci ildə imzalanmış Şuşa bəyannaməsi bu il Azərbaycan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya edildi. Bu il ərzində Prezident İlham Əliyevin Türkiyəyə üç səfəri baş tutub. İl ərzində Azərbaycan-Rusiya əməkdaşlığı uğurla davam edib. Müttəfiqlik qarşılıqlı fəaliyyət Bəyannaməsi imzalanıb. Həmçinin İlham Əliyevin Rusiyaya bir rəsmi, bir  neçə güzar səfər baş tutub. Ötən ay Rusiya nümayəndə heyəti Azərbaycana səfər edib. Gürcüstanla münasibətlərimiz sabit şəkildə inkişaf edib. Qarşılıqlı olaraq səfərlər həyata keçirilib. İranla münasibətlərimizin inkişafı ilə bağlı səylər davam etdirilib. 2022ci il ölkəmizin Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusilə dinamika müşahidə olunub””

Azərbaycan və Ermənistan arasında aparılan danışıqlardan danışan nazir vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə uyğun 5 baza prinsipini Ermənistana təqdim edib.

“Hesab edirik ki, əldə olunan proqres məhduddur. Bunun da səbəbi Ermənistanın sərgilədiyi qeyri-konstruktiv və ardıcıl olmayan mövqedir.”

Xarici İşlər naziri Ceyhun Bayramov Vardanyanın bölgəyə gəlməsinədə münasibət bildirib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, həmin şəxsin istər Azərbaycan qanunvericiliyi, istərsə də beynəlxalq humanitar hüquq və konvensiyalara uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsində olması, qalması, yaşaması, Azərbaycanın istənilən dövlət qurumu üçün tərəf müqabili olması şansı yoxdur. Çünki bu adamın bu bölgə ilə heç bir bağlılığı yoxdur, onun valideynləri orada doğulmayıb. Belə olan təqdirdə o cinayət törətməsə belə, qanunsuz məskunlaşma anlamına düşür. Həmin adam bölgəni nə qədər tez tərk edərsə, bu onun özü üçün bir o qədər yaxşı olar”

Bayramov Araz çayı üzərindən Naxçıvana qısa yolun olacağınıda açıqlayıb:

“Araz çayı üzərindən onsuz da Naxçıvana qısa yol olacaq. Zəngəzur dəhlizi açılmasa, ən böyük ziyanı Ermənistana dəyəcək. Çünki regionda uzun müddət münaqişənin olması bütün region ölkələrinə, ən çox da Ermənistana mənfi göstərib. Ermənistan nə qədər tez bunu anlayarsa, öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəlikləriniyerinə yetirərsə, ilk növbədə özü üçün yaxşı olar. Azərbaycan istənilən halda öz milli maraqlarını həyata keçirəcək, Ermənistanın öhdəliklərini yerinə yetirməsini tələb edəcək”

Fərahim RƏHİMOV