Ceyhun Bayramovun Ermənistanla bağlı məktubu BMT sənədi kimi yayıldıbackend

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan ərazilərində minaların basdırılması da daxil olmaqla, Ermənistanın davam edən qanunsuz hərbi fəaliyyətləri barəsində məktubu BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi paylaşılıb.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Twitter hesabındakı paylaşımında qeyd olunub.