Ceyhun Məmmədov:Azərbaycanın xarici siyasət xəttində artıq yeni dönəm başlayıbbackend

Azərbaycanın xarici siyasətində, diaspor quruculuğunda mühüm irəliləyişlərə nail olunub. Artıq ölkəmiz hücüm diplomatiyası həyata keçirir. Son baş verən proseslər də göstərdi ki, Azərbaycan diasporu formalaşmış gücü ilə konkret addımlar atmaq iqtidarındadır. Düşmənin cəbhədəki uğursuzluğunu lobbi təşkilatları vasitəsi ilə başqa səmtə çəkmək istəyinə də Azərbaycan diasporu layiqli cavab verdi.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin hücum diplomatiyası bu gün öz bəhrəsini verir:

Diaspor təşkilatlarımızın düşmənə adekvat cavab verməsi də hücüm diplomatiyasının tərkib hissəsidir. Azərbaycanın xarici siyasət xəttində artıq yeni dönəm başlayıb. Ölkəmizlə eyni mövqedə olan dövlətlər birmənalı və açıq şəkildə öz dəstəklərini nümayiş etdirirlər. Bu da indiki həssas dönəmdə vacib amillərdən hesab olunur. Məhz qardaş Türkiyənin və digər dost dövlətlərin Azərbaycana açıq dəstəyi fonunda bu gün işğalçı Ermənistan heç bir dünya dövləti tərəfindən dəstək ala bilmədi. Bütün bunlar isə həyata keçirilən uğurlu diplomatik faəliyyətimizin nəticəsində mümkün olub”.

Deputat qeyd edib ki, məhz Xarici İşlər naziri Ceyhun Bayramovun ilk səfərini qardaş Türkiyə dövlətinə etməsi də qarşılıqlı əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi və bu təlimlərın miqyasının daha da genişlənməsi iki ölkə arasındakı qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə genişlənməsindən xəbər verir. Bu əlaqələrin daha da möhkəmlənməsində iki ölkə rəhbərinin də müstəsna rolu olduqca böyükdür. Cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində bu gün iki ölkə arasındakı əməkdaşlıq nümunəvi bir xarakter alıb. Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi “Bir millət, iki dövlət” anlayışı bu gün ən yüksək səviyyədə təmin olunub. Bu əməkdaşlıq, birgə fəaliyyət beynəlxalq regional əlaqələrə öz töhfəsini verəcək”.