Ceyhun Məmmədov:Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq varbackend

Bu gün Azərbaycanla Ermənistan arasında bir çox sahələrdə böyük fərq var. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, ölkəmiz qlobal enerji layihələrində aktiv iştirak edir. İqtisadiyyatın inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər tədbirlər həyata keçirilir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, beynəlxalq müstəvidə də Azərbaycana fərqli münasibət var: “Dünyada ölkəmizə olan inam və etimad günü-gündən daha da artır. Prezident İlham Əliyev bir sıra mühüm təşəbbüslərlə sıxış edir, beynəlxalq səylərə dəstək verir. Pandemiya dövründə Azərbaycan bir çox beynəlxalq videokonfrans formatında görüşlərin təşəbbüskarı və təşkilatçısı oldu.

Ermənistan barədə bunu demək mümkün deyil. Bu ölkədə vəziyyət acınacaqlıdır. Ölkə iqtisadiyyatı çökür, Ermənistan bir çox enerji layihələrindən tamamilə kənarda qalıb. Bu gün Ermənistan iqtisadiyyatı qonşu xarici dövlətlərdən bilavasitə asılıdır. İqtisadiyyat getdikcə daha da çökür.

İnsan hüquqları sahəsində də bu ölkədə vəziyyət yaxşı deyil. Davamlı olaraq insan hüquqları pozulur. Günü-gündən korrupsiya faktları artır. Ermənistanda siyasi opponentlərə, müstəqil mediaya, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqlər var.

Ermənistan pandemiya sınağından da üzüağ çıxa bilmədi. Azərbaycan hökuməti pandemiya ilə mübarizədə ilk gündən operativ və adekvat qərarlar qəbul etdi. Pandemiyanın vətəndaşlara, ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması məqsədilə ciddi addımlar atıldı. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı, fond yaratdı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa bir neçə müraciəti oldu. Bu tədbirlər nəticəsində virusun ölkəmizə mənfi təsirləri minimuma endirildi. Ermənistanda isə vəziyyət tamamilə nəzarətdən çıxdı, bu ölkə pandemiya ilə effektiv mübarizə apara bilmədi. Pandemiyanın yayılmasının nəzarətdən çıxması, baş nazirin yoluxma sayına görə Ermənistanın dünyada lider olması barədə etirafı bu fikri bir daha təsdiq edir”.