Ceyhun Məmmədov “BBC” televiziya kanalına Dağlıq Qarabağla bağlı imzalanmış son razılaşmadan bəhs edibbackend

Milli Məclisin deputatı Ceyhun Məmmədov noyabrın 10-da ərəb dilində yayımlanan “BBC” televiziya kanalına cəbhədə baş verən son hadisələrdən bəhs edib.

O qeyd edib ki, Emənistan və Azərbaycan arasında hazırkı münaqişə 30 ildən artıqdır ki davam edir, lakin bu vaxta kimi sülhə nail olunmamışdır. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Təəssüf ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir.
Sentyabrın 27-də Ermənistan tərəfi ağır silahlardan istifadə edərək hücuma başladı. Bu vaxta kimi mülki şəxslər arasında 91 nəfər öldürülmüşdür və demək olar ki, 400 nəfər mülki şəxs yaralanmışdır. Oktyabrın 10-da Moskvada Azərbaycanın, Ermənistanın və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin, növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra oktyabrın 17-də Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi.
Noyabrın 8-də Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 9-da Prezident cənab İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunası barədə ölkə ictimaiyyətini məlumatlandırdıqdan sonra hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir.
Jurnalistin hər iki xalqın birgəyaşamasının mümkünlüyü barədə sualını cavablandıran Ceyhun Məmmədov uzun illər hər iki xalqın bir yerdə yaşadığını, Bakıda bu gün 30 min erməninin sülh şəraitində yaşadığını, Azərbaycanlıların ermənilərlə birgə yaşamağa hazır olduğunu, ermənilərin isə Qarabağda yalnız ermənilərin yaşamaq istədiyin vurğulayıb.
Sülhün davamlılığı ilə bağlı suala cavab olaraq isə bildirib ki, bu daha çox Ermənistandan asılıdır. Azərbaycan hər zaman öz öhdəliklərini yerinə yetirir, Ermənistan isə davamlı olaraq razılaşmaları pozub.