Ceyhun Məmmədov Biləsuvar, Beyləqan və Sabirabadda şəhidlərin məzarını ziyarət etdi – Fotolarbackend

Deputat Ceyhun Məmmədov Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsinə səfər edib. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dərin ehtiramını bildirib, parkda görülən abadlıq işləri ilə tanış olub və daha sonra “Şəhidlər” Abidə Kompleksini  ziyarət edərək vətən uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Yeni Gündəm” xəbər verir ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla görüşərək gələcəkdə Cəbrayıl rayonunda görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Biləsuvar rayonu Cəbrayıl qəsəbəsindəki məzarlıqda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edərək, xatirələrinə dərin ehtiramını bildirib, ailə üzvlərinə baş çəkərək onlara səbr diləyib.

Daha sonra Vətən müharibəsi zamanı yaralananların ailələrinə baş çəkib, sağlamlıqları ilə maraqlanıb. Deputat Ceyhun Məmmədov Beyləqan və Sabirabad rayonlarına da səfər edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid hərbi qulluqçuların məzarlarını ailə üzvləri ilə birlikdə ziyarət edib. Deputat Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət dilədiyini, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid və qazilərimizin ailələrinə hər zaman diqqət göstəriləcəyini bildirib.