Ceyhun Məmmədov:Prezident Tərtər İdman Olimpiya Komplekqsinin açılışında bir çox vacib məqamlara toxundu – VİDEObackend

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında bir çox vacib məqamlara toxundu.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Prezident Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə bir sıra vacib məqamlara toxundu, konseptual yanaşmasını ortaya qoydu: “Məşhur bir fikir var: tarix millətlər və dövlətlər ondan nəticə çıxarmadıqda təkrarlanır. Ölkə başçısı Xalq Cümhuriyyəti ilə bağlı məsələyə artıq bir neçə dəfədir toxunur. Ancaq burada məqsəd o dövrdə cərəyan edən hadisələrin fonunda bu gün baş verən hadisələri təhlil etmək və lazım olan nəticələri çıxarmaqdır.

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyevin Cümhuriyyət irsinin öyrənilməsi ilə bağlı bir neçə mühüm sərəncamı olub. Sonrakı dövrlərdə Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Cümhuriyyətin irsinin öyrənilməsi ilə bağlı mühüm qərarlar qəbul edib və sərəncamlar imzalayıb. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Silsilə tədbirlər keçirildi. Etiraf etməliyik ki, Cümhuriyyət dövründə cərəyan edən hadisələr ölkəmizdə tam araşdırılmayıb.

Prezidentin çıxışını yanlış istiqamətdə şərh etməyə cəhd edənlər oldu. Ancaq tarixi reallıqları deməkdən də çəkinməməliyik. Bəli Cümhuriyyət çox ağır tarixi bir şəraitdə o insanların böyük fədakarlığı nəticəsində quruldu. Daxili və xarici təzyiqlər çox idi. Xalq Cümhuriyyəti ermənilərin Azərbaycana qarşı iddialarının qarşısını almaq və gələcəkdə bu kimi iddiada olmamaları üçün bu addımı atdı.

Ancaq ermənilər iddialarına son qoydularmı?

Əksinə sonrakı illərdə də müxtəlif iddialarla çıxış etdilər və 88-ci ildən başlayaraq Dağlıq Qarabağın işğalı məqsədilə azərbaycanlılara qarşı iddialar səsləndirməyə başladılar. Bu gün də onlar yeni arzu və iddialarla yaşayırlar. Ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu cəhdlərin qarşısı alınacaq. Bütün bunlar bizdən o dövrlə bağlı araşdırmaların dərin aparılmasını və yeni tədqiqatların ortaya qoyulmasını tələb edir”.