Ceyhun Məmmədov qazi ilə görüşdü – FOTOLARbackend

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov Nərimanov rayonu Arif Hüseynov küçəsi 31-də yarımçıq poliklinika binasında vətəndaşlarla görüş zamanı orada yaşayan bir qazimizin ailəsinə baş çəkdi.

Cəbrayıl rayonu Qalacıq kənd sakini Nəbiyev Ələddin Asif oğlu torpaqlarımızın azad olunması uğrunda döyüşlərə ailəsinin də xəbəri olmadan könüllü olaraq qoşulur və oktyabr ayının 4-də yaralanaraq Füzuli Hospitalına gətirilir.

Ələddin özü yaralı ola ola 25 km yolu çiynində digər yaralı əskər yoldaşını da daşıyaraq ilk tibbi yardım almağa çatdırır. 25 gündən sonra özündə güc toplayan Ələddin yenidən ön cəbhəyə əskər yoldaşlarının yanına yollanır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün işgaldan azad olunması uğrunda döyüş əməliyyatlarını layiqincə yerinə yetirdiyi üçün Füzuli və Xocavənd rayonlarının azad olunmasına görə medalları ilə təltif edilib.

Nazir Vilayət Eyvazov Ələddin Nəbiyevi göstərdiyi fəallığa görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində işlə təmin edib. Hazırda Ələddin Nəbiyev Nərimanov rayonu PPXB -də polis siravisi vəzifəsində çalışır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.