Ceyhun Məmmədov seçicilərinə Hesabat Verdibackend

Millət vəkili Ceyhun Məmmədov deputatlıq fəaliyyəti ilə bağlı hesabat verib.

“Yeni Gündəm”in xəbərinə görə, deputat bildrib ki, millət vəkili kimi fəaliyyətə başladığı ilk gündən etibarən, süçicilərin etimadınızı doğrultmağa çalışıb: “Mənə edilən bütün müraciətlərinizə operativ cavab vermək və həlli istiqamətində addımlar atmaq əsas hədəfim olub. Problemləriniz və müraciətləriniz bizim tərəfimizdən qısa zamanda aidiyyatı qurumlara göndərilib. Bu məsələdə bir çox strukturlarla mütəmadi olaraq əməkdaşlıq etmişik. Biz fəaliyyətimizdə hər zaman şəffaflığı və obyektivliyi əsas tutaraq, sizdən gələn bütün müraciətlərə həssas yanaşmağa çalışmışıq. Dəyərli seçicilərim! Bütün görülən işləri bir yerə toplamaq və sizin qarşınızda açıq və şəffaf formada hesabat vermək qərarına gəldik. Hesabat 2020-ci il mart-avqust ayını əhatə edir. Gələcəkdə də bu hesabatlar mütəmadi şəkildə sizə təqdim olunacaq”.