Ceyhun Məmmədovun Biləsuvar rayonunda məskunlaşan Cəbrayıl sakinləri ilə görüşləri davam edir -FOTOLARbackend

Milli Məclisin deputatı Ceyhun Məmmədov Biləsuvar rayonunda məskunlaşan Cəbrayıl sakinləri ilə görüşləri davam edir.

“Yeni Gündəm” xəbər verir ki, Ceyhun Məmmədov Biləsuvar qəsəbəsində vətəndaş qəbulundan sonra 7 saylı qəsəbədə yerləşən İskəndər Tahirov adına tam orta məktəbdə müəllim kollektivi ilə görüş keçirdib.

Təhsil ocağını gəzdikdən sonra, məktəbin uğurları barədə müəllimlərlə söhbət etdik.Daha sonra Cəbrayıl Rayon Mərkəzi kitabxanasına gedərək orada yaradılan şəraitlə tanış olunub. Kitabxana üçün yeni kitabların əldə edilməsinə öz dəstəyimizi göstərəcəyimizi bildirdik.

Qeyd edək ki, görüşlərdə vətəndaşları narahat edən məsələlər dinlənilib, araşdırılması və həlli üçün qeydiyyata alınıb. Sakinlərə hər bir müraciətə baxılaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırlacağı bildirilib.