Cibindən öldürdüyü düşmən zabitlərinin paqonları tapılıb – Poladı ziyarətə həmin paqonlarla getmək istəyirdi – VİDEObackend

Torpaqlarımızı azad etmək üçün o günün gələcəyini gözləyirdi. Vətən müharibəsi başlayanda sevinərək döyüşə yollandı…

Məhəbbət Paşayev 1999- cu ilin 5 avqustunda Şəki şəhərinin Bolludərə kəndində dünyaya gəlib.

Ailəsi ilə birlikdə 2006-cı ildə Oğuz rayonuna köçüb. Kiçik yaşlarından başlayaraq cüdo döyüş növü ilə məşğul olub. Goranboy rayonunda hələ həqiqi xidmətdə olarkən yoldaşları onu cəsur, təmkinli doğru qərar verməyi bacaran bir əsgər kimi tanıyırdılar.

General Polad Həşimovun şəhid olduğu gün çox təsirlənərək onun qisasının alınması üçün döyüşə gedəcəyini deyib. 26 sentyabrda cəbhəyə yollanıb. Son döyüşü Suqovuşanda olub. O,, şəhidlik zirvəsinə ucalıb və cibindən öldürdüyü düşmənin mayor və kapitan paqonları tapılıb.

Məhəbbətin arzusu o idi ki, zəfər çalınsın və o, Polad Həşimovun abidəsi önünə öldürdüyü düşmən zabitlərinin paqonları ilə gəlsin.

İndi onunla tək ailəsi yox, bütün Azərbaycan fəxr edir.