Çikaqoda 25 mərtəbəli binada yanğın: ölən və yaralananlar varbackend

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yerli vaxtla saat 10:00 radələrində 25 mərtəbəli binanın 15-ci mərtəbəsində yanğın baş verdiyi bildirilib.

”Yeni Gundem” bildirir ki, yanğın qısa müddətdə daha 9 mərtəbəyə keçib, 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Çikaqo Yanğınsöndürmə İdarəsi yanğının külək səbəbindən böyüdüyünü və yanğının başlamasından 90 dəqiqə sonra nəzarət altına alındığını bildirib. Səlahiyyətlilər onu da bildiriblər ki, binanın 50 yaşı var və 360 mənzil var.