Çimərlikdə atışma: 9 nəfər yaralandıbackend

İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində çimərliklərdən birində baş verən atışma nəticəsində 9 gənc yaralanıb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə İtaliyanın Taranto şəhərində çimərlikdə gənclərdən ibarət iki qrup arasında baş verib. Atışma zamanı hadisə yerində 300-dək adam olub. Hadisənin səbəbi hələ ki məlum deyil.

Yaralananlar 18-28 yaş arasındadır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Polis araşdırma aparır.

Report