“Çimərlikdə qarpız kəsirsiniz və 10 adam başınıza toplaşır…” – Qadağalarla bağlı açıqlamabackend

“Məncə, bunun üçün Türkiyə və Avropa təcrübəsindən faydalanmaq lazımdır. Yəni necə etmək olar? Mənə elə gəlir ki, bizim insanlar yüksək şüurluluq nümayiş etdirsələr, həmin o sosial məsafəni gözləsələr, maskalardan istifadə etsələr, o zaman yumşalmaya getmək olar”

“Yeni Gündəm”-in xəbərinə görə, bunu professor Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmli müəyyən şərtlər altında karantin rejiminin yumşaldılmasının tərəfdarı olduğunu bildirib:

“Karantin rejiminin yumşaldılmasıyla bağlı taktika elə qurulmalıdır ki, həm xəstəlik yayılmasın, yəni yoluxma çoxalmasın, amma eyni zamanda, insanlar da bu məhdudiyyətlər içində çox qalmasın. Məncə, bunun üçün Türkiyə və Avropa təcrübəsindən faydalanmaq lazımdır. Yəni necə etmək olar? Mənə elə gəlir ki, bizim insanlar yüksək şüurluluq nümayiş etdirsələr, həmin o sosial məsafəni gözləsələr, maskalardan istifadə etsələr, o zaman yumşalmaya getmək olar. Bununla yanaşı, insanların istəkləri var, rayonlara getmək, dəniz Allahın verdiyi sərvətdir, amma insanlar ora da sərbəst şəkildə gedə bilmir. Ora getməyin də müxtəlif varianları var. Bir var gedib normal şəkildə çimirsiniz, amma bir də var orda qarpız kəsirsiniz və 10 adam başınıza toplaşır. Yəni bunların hamısını götür-qoy edəndə biz yenə yüksək şüurun üzərinə gəlib çıxırıq. Çünki bu bir bəladır və buna qarşı tədbirli və ehtiyatlı davranmaq lazımdır. Mahiyyət etibarıyla karantin rejiminin yumşaldılmasının tərəfdarıyam. İnsanlar sərbəst olsunlar, rayonlara gedə bilsinlər, çünki artıq yay fəsli qurtarır, payız gələcək, yəni yay fəslini dadmaq insanlara nəsib olsun. Ona görə dörd divar arasında sıxılıb qalmaq yoluxmaya qarşı olub, effekt versə belə, digər tərəfdən də insanların yüksək azadlıqları var və bunu nəzərə almaq lazımdır. Məncə, bu şərtlər altında yumşalmaya getmək olar”.

Qeyd edək ki, avqustun 5-dən sonra karantin rejiminin yumşaldılması nəzərdə tutulur.Moderator.az