Çin “BBC World News”a qadağa qoydubackend

“BBC World News”un (BBC Dünya Xəbərləri) çində yayımına qadağa qoyulub.

Bununla əlaqədar Çin Dövlət Radio və Televiziya Administrasiyası qərar qəbul edilib.

Bildirilir ki, qərar İngiltərənin media tənzimləyicisi olan “OFCOM”un Çindin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) İngiltərədə yayım lisenziyasını ləğv etməsindən sonra verilib.

Administrasiya isə öz qərarını BBC-nin Çin ilə bağlı məsələlərdə ciddi məzmun pozuntularına yol verməsi ilə əlaqələndirib. Qurum bəyan edib ki, “BBC World News” reportajların obyektiv və qərəzsiz olmasını, habelə Çinin milli maraqlarına və etnik həmrəyliyinə uyğun olmasını tələb edən əcnəbi teleradio kanallarının yayımı haqqında qaydaları pozub. Bütün bunlar nəzərə alınaraq “BBC World News” kanalının Çin ərazisində fəaliyyətini davam etdirməsinə icazə verilməyib. Çin Dövlət Radio və Televiziya Administrasiyası növbəti il üçün kanalın yayım müraciətini qəbul etməyəcək.