Çin gəmiləri Yaponiyanın ərazi sularına girdibackend

Çin Xalq Respublikasının sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqında Yaponiyanın ərazi sularını pozub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsinin Okinava əyalətindəki qərargahı məlumat verib.

Məlumata görə, iki ÇXR sahil mühafizə gəmisi bu gün yerli vaxtla saat 04: 15-də Yaponiyanın ərazi sularına girərək Taisö Dzima Adası yaxınlığında bir balıqçı gəmisinə yaxınlaşıb. Yapon Sahil Mühafizəsinin qayıqları hadisə yerinə gələrək balıqçıları müşayiət edib. Çin gəmilərinə xəbərdarlıq edilərək ərazini tərk etmələri tələb edilib.

Qeyd edək ki, bu, Yaponiya ərazi sularının Çin tərəfindən pozulmasına dair ilin əvvəlindən etibarən qeydə alınan yeddinci belə haldır.

Yaponiyanın “Senkaku”, Çinin isə “Diaoyu” adlandırdığı Şərqi Çin dənizindəki adalar 5 ada və 3 qayadan ibarətdir.

Heç kimin yaşamadığı arxipelaq iki ölkə arasında ərazi mübahisəsinə səbəb olub.