Çin Kommunist Partiyası YAP-a 10 min doza təmənnasız vaksin verəcəkbackend

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi Yeni Azərbaycan Partiyasına 10 min doza vaksin verilməsi barədə qərar qəbul edib.

“Yeni Gündəm” partiyanın saytına istinadən xəbər verir ki, bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib.

ÇKP MK-nın nümayəndəsi qeyd edib ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcək və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildən artıq davam edən sıx qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur.