Çin liderindən komandasına Rusiya tapşırığı – “Elə edin ki…”backend

Çin hökuməti Qərbin sanksiyalarını pozmadan Rusiyaya kömək etməyə çalışır.

Bu barədə “Vaşinqton Post” yazıb.

Nəşrin məlumatına görə, Moskva Pekinə ən azı iki dəfə yeni iqtisadi dəstək formaları təklif edib. Rusiya Çindən ticarət sazişlərini saxlamağı, eləcə də Qərbin sanksiyalarından təsirlənən sənaye sahələrinə maliyyə və texnoloji dəstək göstərməyi istəyir.

Qəzetin Pekindəki mənbələri Çinin ən mühüm strateji tərəfdaşına kömək etməyə çalışarkən çıxılmaz vəziyyətdə olduğunu deyiblər. Çin lideri Si Cinpin komdasına Rusiyaya sanksiyalar rejimini pozmadan necə maliyyə yardımı edəcəyini tapmağı tapşırıb.

2022-ci ilin sonuna qədər Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 200 milyard dollara çata bilər.

Teleqraf.com